Əlibaba Məmmədov dünyasını dəyişdi

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.

Mədəniyyət1 dəq oxu
Əlibaba Məmmədov dünyasını dəyişdi

Bu barədə məlumat "Qafqazinfo"ya daxil olub.

Gent.az xəbər verir ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan