Nəsrin Cavadzadə 1,5 milyon qazandı

Hazırda “Üç kuruş” serialında “Bahar” obrazına həyat verən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şirniyyat markalarından birinin siması seçilib.
Aktrisa yeni reklam çəkilişindən 1,5 milyon lirə (təxminən 181 min manat) məvacib qazanıb. Videoçarx yaxın zamanda izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, N.Cavadzadənin rol aldığı serial bazar ertəsi “Show” TV-də yayımlanır. Onun tərəf müqabili isə Uraz Kayqılaroğludur. (Axşam.az)







