Məşhur aktyor evtanaziya ilə həyatını sonlandırmaq istəyir

Dünya şöhrətli fransız aktyoru Alen Delon evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəlib.

Mədəniyyət1 dəq oxu
Məşhur aktyor evtanaziya ilə həyatını sonlandırmaq istəyir

86 yaşlı əfsanəvi aktyor hesab edir ki, insanın harada və nə vaxt ölmək istədiyini seçmək hüququ var.

Gent.az xəbər verir ki, sənətçi fikrində qərarlıdır və bunun üçün evtanaziya etmək niyyətindədir.

Nəşrin məlumatına görə, A.Delon hazırda evtanaziya prosedurunun qanuni və icazəli olduğu İsveçrədə yaşayır və sənədləşmə işləri üçün ailəsindən yardım alır. Ulduzun evtanaziyanı nə vaxt edəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Delon 2019-cu ildə bir neçə dəfə insult keçirib. O, daha əvvəl verdiyi müsahibədə qocalığın dəhşətli olduğunu bildirib:

"Üzümüzü və görmə qabiliyyətini itiririk, ayağa qalxanda cəhənnəmdə kimi hiss edirik, topuğumuz ağrıyır. Bu ağrı dəhşətlidir".(Axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan