Məşhur aktyor dünyasını dəyişdi
"Dostlar" serialında "Triger" obrazı ilə yadda qalan aktyor Mayk Hagerti 67 yaşında dünyasını dəyişib.

Bu barədə onun sənət dostları sosial media hesablarında məlumat yayıblar.
Gent.az xəbər verir ki, onun ölüm səbəbi dəqiqləşdirilməyib.
Qeyd edək ki, Mayk bir çox komediya janrında olan ekran işlərində və televiziya layihələrində rol alıb.







