Conni Depp müğənninin həyatını xilas etdi

Hollivud ulduzu Conni Deppin amerikalı müğənni Kortni Lavı ölümdən xilas etdiyi üzə çıxıb.

Mədəniyyət1 dəq oxu
Conni Depp müğənninin həyatını xilas etdi

Bu barədə müğənni sosial şəbəkədə məlumat paylaşıb.

Gent.az xəbər verir ki, o bildirib ki, hadisə "Nirvana" rok qrupunun 27 yaşında intihar edən üzvü, həyat yoldaşı Kurt Kobeynin ölümündən sonra baş verib:

"1995-ci ildə Conni həyatımı xilas edib. Yüksək dozada narkotik maddə qəbul etdiyim üçün özümdən getmişdim. Conni mənə ürək masajı etdi və süni nəfəs verdi. Depp hər zaman mənə və qızıma çətin günlərimizdə dəstək olub".

Müğənni bununla hazırda keçmiş həyat yoldaşı Ember Herdlə məhkəməlik olan Conni Deppə dəstək olduğunu bildirib.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan