Herpes Castin Biberin üzünü iflic etdi

Amerikalı müğənni Castin Biberin üzünün yarısı xəstəlik səbəbindən iflic olub.

Mədəniyyət1 dəq oxu
Herpes Castin Biberin üzünü iflic etdi

Bu barədə sənətçinin özü “Instagram” səhifəsində məlumat verib.

Gent.az xəbər verir ki, “Məndə Ramsey Hunt sindromu var. Bunun səbəbi qulağımda və üzümdə sinirə hücum edən virusdur”, - deyə müğənni paylaşdığı videoda üzünün hərəkətsiz hissəsinə işarə edərək bildirib.

Biber konsertlərinin ləğv edilməsindən məyus olan pərəstişkarlarının anlayışına arxalandığını da deyib. Müğənni ümid edir ki, zaman keçdikcə siması əvvəlki vəziyyətinə qayıdacaq və o, yenidən çıxış edə biləcək.

Ramsay Hunt sindromu üz sinirinin bir hissəsinin herpetik zədələnməsidir. Xəstəliyin əlamətlərindən biri də üzün bir hissəsinin iflic olmasıdır. Bərpa dərman və fizioterapiyanın köməyi ilə həyata keçirilir.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan