Dünyaca məşhur aktyor vəfat edib

Amerikalı aktyor Filip Beyker Holl 90 yaşında vəfat edib.

Mədəniyyət1 dəq oxu
Dünyaca məşhur aktyor vəfat edib

Aktyor ailə üzvlərinin əhatəsində Qlendeyl şəhərindəki evində (Kaliforniya ştatı) dünyasını dəyişib.

Gent.az xəbər verir ki, aktyorun həyat yoldaşı Vulf Holl bildirib ki, ömrünün son günlərində o, həyatı barədə çox fikir çəkirdi.

Filip Beyker Holl 1931-ci ildə Tolido şəhərində (Ohayo ştatı) dünyaya gəlib. Ötən əsrin 60-cı illərində o, Nyu-Yorka köçdükdən sonra Brodvey teatrlarında fəaliyyətə başlayıb. Filip Beyker Hollun kinodakı debütü “Qorxaqlar” filmi ilə başlayır. “Pik saatı”, “Trumanın şousu”, “Qüdrətli Bryus”, “Bürc”, “İstedadlı mister Rippi” və “Doqvill” filmləri aktyoru daha çox tanıdıb.(qafqazinfo.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan