Ramil Qasımov vəzifəsindən azad edilib
Heydər Əliyev adına Sarayın direktoru Ramil Qasımov vəzifəsindən azad olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Gent.az xəbər verir ki, R. Qasımovun əmək müqaviləsinin müddəti bitdiyi üçün o, tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, R. Qasımov 2020-ci ilin dekabrından bu vəzifəni tuturdu.







