Məhkəmə məşhur müğənniyə 1,1 milyon ödəyəcək

Məhkəmə britaniyalı müğənni-bəstəkar Ed Şirana uduzub.

Mədəniyyət1 dəq oxu
Məhkəmə məşhur müğənniyə 1,1 milyon ödəyəcək

İfaçı "Shape of you" mahnısı ilə bağlı ikinci müəllif hüquqları iddiasını qazanıb.

Gent.az xəbər verir ki, məhkəmə sənətçiyə 1,1 milyon dollar məbləğində təzminat ödəmək qərarı alıb.

Bu məbləğ Şiranın məhkəmə xərclərinin təxminən 90%-ni təşkil edir.

Məhkəmə Şiranın sözügedən mahnısının Sami Çokrinin 2015-ci ildə ifa etdiyi "Oh Why" ifasından götürülmədiyinə qərar verib. Müğənni isə öz növbəsində həmin mahnını ümumiyyətlə eşitmədiyini deyib.

Qeyd edək ki, Şiran bundan başqa "Thinking out loud" mahnısının plagiat olması ilə bağlı iddia üzərində mübarizə aparır. O, 2016-cı ildə "Fotoqraf" treki ilə bağlı eyni problemi məhkəməsiz həll etmişdi.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan