Tanınmış türkiyəli aktyor vəfat etdi
Məşhur türkiyəli aktyor Civan Canova vəfat edib.

Bu barədə mərhumun sənət dostu Esma Dermancıoğlu məlumat yayıb.
Gent.az xəbər verir ki, 67 yaşlı aktyor 15 gündən çoxdur ki, xəstəxanada idi. Qısa müddət öncə onun ağciyərində xərçəng aşkarlanmışdı.
Bildirək ki, Civan Canova “Çiçek taksi”, “Karadayı”, “Atiye”, “Fatmagülün suçu ne?” kimi məşhur seriallara çəkilib.






