Ebru Gündeş ailə qurdu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin evləndiyi iddia olunub.

Gent.az xəbər verir ki, sənətçi 28 yaşlı iş adamı Rassan Xoşnavla əvvəl dini nikah bağlayıb, sonra isə rəsmi şəkildə evlənib.
Qeyd edək ki, Ebru cənubi azərbaycanlı iş adamı Rza Zarrabla evli olub. Onların bir qız övladı var.







