Xanımı Stallonedən boşanır
Məşhur amerikalı aktyor Silvestr Stallonenin həyat yoldaşı, keçmiş model Cennifer Flavin 25 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə üz tutub.

O, Florida məhkəməsinə müraciət edib.
Gent.az xəbər verir ki, xanım hələlik məsələ lə bağlı açıqlama verməyib.
Cütlük on illik münasibətdən sonra 1997-ci ildə evlənib. Onların Sofiya, Sistin və Skarlett adlı qızları var.







