Məşhur aktrisa xərçəngə qalib gəlib

"Emili Parisdə" serialının aktrisası Eşli Pak "Shape" jurnalına müsahibəsində xərçəngə qalib gəlməsindən danışıb.

Mədəniyyət1 dəq oxu
Məşhur aktrisa xərçəngə qalib gəlib

Aktrisa 15 yaşında ona qan və sümük iliyi xərçəngi növü olan kəskin miyeloid leykemiya diaqnozu qoyulduğunu açıqlayıb.

Gent.az xəbər verir ki, o, bir il xəstəxanada yatıb, kimyaterapiya alıb.

"İnsanlar məndən o qədər narahat idilər ki, mən daima yaxşıyam, narahat olmayın deyirdim. Yaxşı olacağam deyirdim".

Aktrisa xəstəliyə qalib gəlməsi haqda "Xərçəng bədənimi tərk etdikdən sonra mən özümə vacib bir vəzifə qoydum: onun geri qayıtmasına və yenidən həyatımı məhv etməsinə imkan verməyəcəyəm. Gəncliyimdə yaşadıqlarıma görə məndə ciddi qan azlığı var. Buna görə də zaman-zaman yaxşı yeməklər yeyirəm" sözlərini əlavə edib.(axsam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan