"Sen çal kapımı" serialı Rusiyada çəkiləcək
Türkiyənin məşhur "Sen çal kapımı" serialının Rusiyada adaptasiyası çəkiləcək.

Layihəni "Mediaslovo" şirkəti "Qazprom-Media" holdinqi və "Okko" onlayn kinoteatrı ilə birgə istehsal edəcək.
Gent.az xəbər verir ki, layihənin həyata keçirilməsi mümkünlüyü türk müəllif hüquqları sahibləri "Madds" ilə uzun sürən danışıqların nəticəsidir.
Sözügedən layihənin rus versiyası TNT-də, "Okko" və "Premier" onlayn kinoteatrlarında yayımlanacaq.(olay.az)







