Keçmiş əri Gülben Ergenə 250 min verəcək
Türk müğənni Gülben Ergen və onun keçmiş həyat yoldaşı Erhan Çelikin qaldırdıqları mənəvi ziyanla bağlı iddiada hökm elan olunub.

Gent.az xəbər verir ki, məhkəmə E. Çelikin 1 lirəlik təzminat iddiasının rədd edilməsinə qərar verərkən, Ergenin 1 milyon lirəlik təzminat iddiasını qismən qəbul edib.
Hakim Çelikin 250 min lirə təzminat ödəməsinə dair hökm çıxarıb.







