Muratla Ayça sevgilidirlər?

Türkiyənin məşhur ulduzları olan müğənni Murat Boz və aktrisa Ayça Ayşin Turan son zamanlar aralarında olan münasibətlə diqqət çəkirlər.

Mədəniyyət1 dəq oxu
Muratla Ayça sevgilidirlər?

Gent.az xəbər verir ki, "O Ses Türkiye"nin Yeni il çəkilişi zamanı duet oxuyan ikilinin eşq yaşaması iddia edilib.

"Hürriyet" qəzetinin əməkdaşı Mehmet Üstündağ ulduzlar arasında olan münasibəti araşdırıb. Məlum olub ki, bir müddət əvvəl həmkarı Alp Navruzdan ayrılan Ayçanın həyatında heç kəs yoxdur. Hətta aktrisanın Murat Bozla uzun müddət tanışlığı belə olmayıb. Tədbirlərin birində tanış olan sənətçilər ikinci dəfə "O Ses Türkiye"nin çəkilişləri zamanı bir araya gəlib.

"İki dəfə bir araya gələn ulduzlar arasında "təhlükəli yaxınlaşma" deyə biləcəyimiz cazibə olmayıb. Amma eşqdir bu, heç bəlli olmaz! Bu gün "Aralarında heç nə yoxdur" deyirik, səhərisi gün onları əl-ələ görürük..." - deyə köşə yazarı qeyd edib.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan