Məşhur aktyorun barmaqları qırılıb

Hazırda “Yürek çıkmazı” serialında rol alan məşhur türk aktyor Mesut Akustanın başına iş gəlib.

Mədəniyyət1 dəq oxu
Məşhur aktyorun barmaqları qırılıb

Xoşagəlməz hadisə ilə üzləşən sənətçinin barmaqları qırılıb.

Gent.az xəbər verir ki, çəkiliş zamanı dişi çıxan aktyor həkimə getmək üçün maşına minib. Akusta avtomobildən düşərkən müvazinətini itirərək yıxılıb.

Sənətçinin yıxıldığını görməyən sürücü isə maşını arxaya sürərək onun barmaqlarını əzib. Ağrıdan qıvrılan Mesutun 3 barmağı da qırılıb.

Xəstəxanaya aparılan aktyorun əlinə gips qoyulub və o, işə qayıdıb. Səhhətindəki problemlərə baxmayaraq işini yarım qoymayan Akusta serialda dava etmiş kimi göstərilib.(olay.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan