Cizgi by Gulnara Khalilova defilesi böyük maraqla qarşılandı və tamaşaçıların alqışları ilə müşayiət olundu.
Gent.az xəbər verir ki, Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiyada və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
Azərbaycan Moda Həftəsi həmişə olduğu kimi bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq. 14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir. Nümayişlər isə əsas mövzu üzərində qurularaq böyük bir maraqa səbəb salacaq.