"Karamazov qardaşları"nın aktyoru vəfat edib
Polşalı məşhur teatr və kino aktyoru Yakub Uleviç vəfat edib.

Bu barədə onun çalışdığı teatr məlumat yayıb.
Gent.az xəbər verir ki, 56 yaşlı sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Yakub Uleviç "Karamazov qardaşları" "Con L-in ölümü", "Arbat uşaqları", "Ekstradisiya", "İlk məhəbbət", "Zabit", "Zoluşka", "Dostlar", "Sarışın" kimi məşhur film və seriallarda rol alıb.






