"Harri Potter"in məşhur aktyoru vəfat etdi
“Harri Potter” filmlərində Albus Dambldor obrazı ilə tanınan aktyor Maykl Qambon dünyasını dəyişib.

Bu barədə “Britaniya PA” agentliyi məlumat yayıb.
Gent.az xəbər verir ki, 82 yaşlı aktyor sətəlcəmdən sonra xəstəxanada dünyasını dəyişib.
“Maykl Qambonun itkisini elan etməkdən məyusuq. Bu ağrılı zamanda şəxsi həyatımıza hörmət etməyinizi xahiş edirik”, - aktyorun həyat yoldaşı Ledi Qambon və oğlu Ferqus bildirib.







