"Türk dünyasının Etnomodu" VI Beynəlxalq həftəsi Marqilanda və Türküstanda keşirilib.
Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak ediblər.
Gülnarə Xəlilova: "Tədbirlər çərçivəsində türk xalqlarının birliyi, ictimai diplomatiyanın möhkəmlənməsinə və inkişafına, etnik siyasətin müxtəlif aspektləri və etnoslar arasındakı münasibətlər barədə məlumat mübadiləsinə kömək edəcək birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
TÜRKSOY-un Baş katibi Sultan Rayev layihədə iştirakına görə Gülnarə Xəlilovaya fəxri diplom təqdim edib. Öz növbəsində, dizayner milli ornamentlərlə panno təqdim etdi. Gülnarə Xəlilova-Azərbaycan milli geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.