Müğənni Zeynəb Həsəninin səhhəti yenidən pisləşib.
Gent.az bizim.media-ya istinadən bildirir ki, bu haqda Zaur Nəbioğlu aparıcısı olduğu "Rəngarəng səhər" verilişində məlumat verib.
O bildirib ki, Zeynəbin verdiyi analizin cavabları yaxşı çıxmayıb və bu səbəbdən müğənni yenidən Türkiyəyə yollanıb.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Zeynəb Həsəninin vəziyyəti ağırlaşdığı üçün 2022-ci ildə əməliyyat olunmuşdu.