"Avroviziya -2024"ün daha bir təmsilçisi bəlli oldu

Mədəniyyət1 dəq oxu
"Avroviziya -2024"ün daha bir təmsilçisi bəlli oldu

“Avroviziya-2024” mahnı müsabiqəsində İsveçi təmsil edəcək ifaçıların adları məlum olub.

Gent.az  xəbər verir ki, onlar “Unforgettable” (Unudulmaz) mahnısı ilə çıxış edəcək norveçli Markus və Martinus əkiz qardaşlarıdır

Qardaşlar İsveçi təmsil edəcək ifaçının müəyyən edildiyi “SVT” televiziya şirkəti və İsveç radiosunun hər il təşkil etdiyi “Melodifestivalen” musiqi yarışmasında həm isveçli, həm də xarici münsiflər heyətinin ən çox səsini qazanıblar.

“Melodifestivalen” yarışmasının finalından bir gün əvvəl keçirilən sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 24 faizi İsveçi Norveçdən olan duetin təmsil edəcəyinə mənfi münasibət bəsləyir.

İsveç ev sahibi olaraq, “Böyük beşlik” adlandırılan Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərə ilə birlikdə finalda zəmanətli mövqeyə malikdir.

Qeyd edək ki, “Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan