Tanınmış rusiyalı aktyor Dmitri Pisarenko Moskvanın mərkəzindəki mənzilində ölü vəziyyətdə tapılıb.
Gent.az xəbər verir ki, bu barədə şimal qonşumuzun məşhur "TASS" agentliyi məlumat yayıb.
"Bir gün əvvəl 61 yaşlı aktyor Dmitri Pisarenko Tverskaya küçəsindəki mənzilindən ölü tapılıb. Bədənində zorakılıq izləri yoxdur", - deyə qeyd edilir.
Qeyd edək ki, Pisarenko "Çar İvan Qroznı", "Lermontov" və "Baş müfəttiş" də daxil olmaqla 20-dən çox filmdə rol alıb.