Mütəxəssisin fikrincə, qarın piyləri təkcə düzgün olmayan qidalanmaya görə yığılmır.
Gent.az xəbər verir ki, o bunları deyib:
"Siqaret çəkmə qarın piyinin yığılması riskini artıran digər vacib bir amildir. Bu, siqaret tüstüsünün tərkibindəki zərərli maddələrlə bağlıdır ki, onlar təkcə sağlamlığa deyil, həm də bel ölçüsünə mənfi təsir göstərir", - deyə həkim bildirib.
Digər risk faktoru kimi Kamran spirtli içkilərdən danışıb.
"Nə qədər çox içsən, arıqlamaq bir o qədər çətin olacaq. İçdiyiniz alkaqolun miqdarını mümkün qədər məhdudlaşdırmağa çalışmalısınız", - deyə diyetoloq qeyd edib.
Ekspert vurğulayıb ki, qarındakı yağlar hətta oturaq həyat tərzi ilə də yığılmağa başlayır. Odur ki, gündəlik fiziki fəaliyyətlə bunun qarşısını almaq olar.(Big.az)