Uzun zaman kompüter və ya gadcetlər arxasında oturmaq gözlərdə xoşagəlməz hiss, quruluq və ya qızartı yarada bilər.
Bu görmə qabiliyyətinin pisləşməsinin ilk əlamətləridir. Onları aradan qaldırmaq və göz əzələlərini gücləndirmək üçün xüsusi gimnastika tələb olunur.
Sizə bunun üçün zəruri olan məşğələlər siyahısını təqdim edirik.
1.Yumşaq şəkildə göz qapaqlarını sıxın
Bu hərəkət qısa müddətdə göz qapaqlarının gərginləşməsini azaldır, gözdaxili mayenin axınını normallaşdırır və göz gimnastikasına hazırlaşmağa kömək edir.
2. Diqqətinizi yayındırın
Bunun üçün balaca yapşqanlı kazğız parçaları və ya plastilin lazım ola bilər. Bir neçə dənə plastilin parçasını və ya kağızları pəncərəyə yapışdırın. Sonra pəncərədən yarım metr uzaqlaşın və dəqqətinizi çöldə olan bir obyektə - ağaca, dirəyə və s. cəmləşdirin. Sonra isə diqqətinizi kağız (plastilin) parçalarından həmin obyektə dəyişin. Bunu 15-20 saniyə ərzində təkrarlayın.
3. Havada hərflər “çəkin”
Havada şəkil çəkmək göz əzələləri ilə birgə boynu da rahatlaşdırır. Gözünüzü yumun və təsəvvür edin ki, burnunuzun ucunda flomaster və ya rəssam fırçası var. Sonra isə burnunuz ilə hərflər çəkməyə başlayın.
4. Yan görüntünü işə salın
Rahat vəziyyət alın (oturmaq daha məsləhətlidir). Sakit tərzdə nəfəs alın. Nəfəsi içəri alanda maksimal şəkildə sağa baxmağa çalışın. Nəfəsi buraxanda isə düz baxın. Növbəti dəfə dərin nəfəs alanda bacardığınız qədər sağa baxın. Bu məşq zamanı baş və boyun eyni vəziyyətdə qalmalıdır. Bütün işi göz bəbəkləri görməlidir. Sonra isə eyni prinsiplə yuxarı və aşağı baxmağa çalışın. Bunu bir müddət edin.
5. Diqqətinizi burnunuzun ucuna cəmləşdirin
Rahat nəfəs alaraq burnunuzun ucuna baxın. Dİqqətinizi bu nöqtəyə cəmləşdirin. Sonra isə qaşlarınızın arasına baxmağa çalışın. 3-4 saniyə ora baxmağa çalışın.
6. Gözlərinizi bərk yumun
Stula oturun, belinizi düzəldin və yüngülcə boynunuzu yuxarı uzadın. Sonra bir neçə dəqiqə ərzində gözlərinizi tez-tez açıb yumun. Göz qapaqlarının hərəkəti çox yumşaq olmalıdır. Təsəvvür edin ki onlar bir kəpənəkdir. Daha sonra isə gözlərinizi bərk sıxın və beşədək sayın. Axırda isə mümkün qədər gözlərinizi bərəldməyə çalışın.
7. Barmaqlar arasından baxın
Düz oturun və ya durun, başınızı da düz tutun. Sonra biləklərinizi üzünüzə göz səviyyəsində yaxınlaşdırın barmaqlarınızı genişcə aralayın. Sonra isə başınızı tələsmədən yelləməyə başlayın. Bu zaman əllərə yox, barmaq aralarına baxın. Doğru etsəniz, barmaqların hərəkət etməsi illüziyası yaranacaq. 20-30 dəfə təkrarladıqdan sonra bir-iki dəqiqə istirhaət edin, sonra bu məşqi davam edin.
8. Diqqətinizi cəmləşdirin
Sağ əlinizi önə uzadın, baş və ya işarə barmağınızı qaldırın. O, gözlərinizdən 30-40 santimetr məsafədə olmalıdır. Diqqətinizi barmağa cəmləşdirin, sonra onu üzünüzdən uzaqlaşdırmağa və yaxınlaşdırmağa başlayın. Məsləhətlidir ki bunu fərqli istiqamətlərdə edəsiniz.
9. Boynunuzu önə dartın
Düz durun, əllərinizi belinizə qoyun, çiyinlərinizi açın. Sonra boynunuzu maksimal dərəcədə dartaraq başınızı sağ tərəfə çevirin. Bir neçə saniyə ərzində sağ dirsəyinizə baxın. Boynunzu əyin və gözlərinizi yumun, qoyun əzələlər rahatlaşsın. Sonra isə eyni tərzdə başınızı sol tərəfə baxın. Bu məşqi 10 dəfə edin.
10. Palminq
Ovuclarınızı kasa formasında edin və gözlərinizi örtün. Göz qapaqlarınızı sıxmayın, onlar rahat şəkildə açılıb-bağlanmalıdır. Barmaq arasında dəlik belə olmamalıdır. 5 dəqiqə ərzində bu vəziyyətfə qalın və yavaş-yavaş əllərinizi qırağa çəkin. Palminqi sakitləşdirici musiqi fonunda etmək daha məsləhətlidir.