Demək olar ki, hər bir serialda münasibətləri olduqca yaxın olan həmkarlar yer alır. Onlar bir-biri ilə flirt edir, kabinetlərdə tək qalırlar. Əgər siz bunu öz ofisinizdə görməmisinzsə, bu o demək deyil ki, sizin həmkarlarınız bir-birinə vurulmur.
Məsələ ondadır ki, bir çox şirkətdə münasibət qurmaq qadağandır. Buna görə də rəhbərlik kulerin qarşısında baş verən uzun-uzadı söhbətləri ciddi nəzarətə götürür. Lakin bu məhdudiyyətləri işçilərin 17,5 faizinə görüşməyə mane olmur.
Gününün 1/3 birini birgə keçirdiyin adama vurulmamaq çətindir.
Bizim bağlılığımıza təsir edən əsas amillərdən biri insanın həyatımızda daimi şəkildə var olmasıdır. Biz həmkarlarımıza o qədər öyrəşirik ki, onlarla görüşməyə başlayır, icazə veriləndən daha yaxın oluruq.
Münasibətlərin başlamasına təkan verən amillərdən biri də ümumi maraqlardır. Məsələn, ikinizi də incəsənət və kino maraqlandırır. Bu halda, siz dayanmadan filmləri müzakirə etməyə hazırsınız. Əgər siz həkim və mühəndissinizsə söhbət daha da asanlaşır. Çünki ikinizdə bir-birinizi ilk sözdən başa düşürsünüz. Lakin bunun əks tərəfi də var. Eyni mövzular sizi darıxdıra bilər.
Bizim zamanlarda romanlar yalnız ümumi maraqlar üzərindən yaranmır. İşdə o qədər zaman keçiririk ki, ətrafımızda əsasən həmkarlarımızın olduğunu sezmirik. Nəticədə, hər 10 nəfərdən dördü işdə roman yaşadığını, 17% isə - bunu ən azı iki dəfə etdiyini etiraf edir.
Əməkdaşlar arasında romanların olması populyar olduğu üçün bir çox şirkətdə cütlüklər iş yerində arasında təmas qaydaları mövcuddur. #MeToo hərəkatı fonunda isə sevgili cütlüklər barədə kadr siyasəti daha da ciddiləşib. Bəzi şirkətlər qurduğunuz münasibə haqda HR bölümünə bildirməyinizi tələb edir. Yeri gəlmişkən, bu çox məntiqli addımdır. Çünki işdə sevdiyiniz qızla bir az çox zaman keçirdikdə, artıq diqqət mərkəzinə düşünürsüz. Ona görə də bu barədə etiraf etmək ən yaxşı seçimdir.
Həmkarla görüşməkdə pis bir şey yoxdur. Bir halda ki, siz rəhbərliklə yatmırsınız. Bu yolverilməzdir və hətta cəza tətbiqinə şərait yarada bilər. Başqa təhlükə - hər bir münasibət digər həmkarların tənqidinə tuş gələ bilər. Həmişə sizin bir-birinizə yaraşmadığınızı hesab edən insan tapılar.
Araşdırmalardan biri göstərir ki, əməkdaşların əksəriyyəti öz həmkarlarının romantik əlaqələrini alqışlamır. Onlar düşünürlər ki, sevən insanların iş keyfiyyəti aşağə düşür və diqqətləri yayınır. Ona görə də, bilin ki sizin münasibətləriniz mütləq şəkildə kiməsə mane olacaq.
Bir sözlə əgər həmkarınıza vurulmusunuzsa, başqa iş yoldaşlarınıza nə qədər açıqlama verdiyinizə diqqət yetirin. Ən yaxşısı onların bilməməsidir. Əks təqdirdə, ən azından qiybət obyekti olacaqsınız.
Amma, qeyd etmək lazımdır ki, münasibətlərini iş yoldaşların etiraf edən insanların sayı artır: 72% öz münasibətlərinin gizlədilməsinə qarşı olduqlarını vurğulayır. Qeyd etmək lazımdır ki, 5 il qabaq yalnız 46% belə düşünürdü.
Ən əsası, problemlərdən uzaq olmaq istəyirsinizsə, iş vaxtı bir-birinizə lazım olandan çox zaman ayırmayın. Həmçinin həmkarlarınızı öz münasibətlərinizə daxil etməyin.