Utancaqlığı bir qırağa qoyub peşəkar natiq olmaq üçün ilk növbədə çoxlu söhbət etmək, insanları anlamaq və öz fikrini aydın şəklində çatırmaq mühümdür.
Bu məqalədə isə böyük kütlə qarşısında çıxış zamanı effektiv fəndlərdən danışacağıq.
1.Audio və vizual müşaiyətdən istifadə
Auditoriyanın diqqətini audio və vizual müşaiyətlə cəlb etmək olar. Başqa sözlə, çıxış zamanı müxtəlif slaydlardan, sxemlərdən, səs effektlərindən istifadə edin.
Məsələn, vaxtı ilə Stiv Cobs bu metoddan istifadə edib – bir slayd, bir fikir.
2. Jestlər
Jestlər çıxışları daha canlı edir. Bundan başqa, onlar çıxış edənin fikir gedişatını daha rahat anlamağa kömək edir. Jestlər gərək açıq və qeyri-aqresiv ola ki, ətrafdakılarda neqativ təəsürat yaratmasın.
Lakin jestlərə çox yer vermək də yaxşı şey deyil. İlk növbədə, bu yaxşı görünmür, həmçinin dinləyici düşünəcək ki, çıxış edən söz kasadlığını bu hərəkətlərlə əvəz etməyə çalışır.
Qeyd etmək lazımdır ki, məşhur ixtiraçı İlon Mask öz çıxışlarında jestlərə çox yer ayırır.
3. Yumor
Yumor şəraiti rahat və daha səmimi etmək üçün ən yaxşı yoldur. Öncədən müvafiq zarafatlar hazırlayıb çıxış zamanı istifadə etmək olar.
Lakin jest kimi, zarafatı da ifrat dərəcəyə çatırmaq məsləhətli deyil. Əks təqdirdə bu çıxış yox, şou olacaq.
Mark Zukerberq öz çıxışlarında zarafat etməyi çox xoşlayır.
4. Real faktlardan və statistikadan istifadə
Çıxışlarda statistikaya, hesabatlara, real faktlara istinad onu daha məlumatlandırıcı edir. Riyazi hesablamalar adətən şübhə yaratmır.
“Amazon”un təsisçisi Cef Bezos məhz bu tərzdə çıxışlara üstünlük verir.
5. Maraqlı və həqiqi hadisələr
Əgər söhbət zamanı natiq hansısa, xüsusəndə öz həyatında baş vermiş hadisələrdən istifadə edirsə, insanıar ona daha çox inanmağa başlayır. Məsələn, britaniyalı milyarder Riçard Brenson söhbətlərini öz həyatında baş vermiş hadisələr üzərindən qurur.
6. Üç əsas bənd
Mütəxəssislər hesab edir ki, izləyicilərin əksəriyyəti yalnız üç blok məlumat alqılaya bilir. Buna görə də çıxışı yerə bölmək lazımdır. Əgər hansısa bir məhsulu izah edəcəksinizsə, onun üç xüsusiyyəti barəsində söhbət etməlisiniz.
7. On dəqiqə qaydası
Araşdırmalara əsasən, insanlar çıxışın ancaq ilk on dəqiqəsini diqqətlə dinləyirlər. Bundan sonra beyin darıxmağa, diqqət isə zəifləməyə başlayır. Auditoriyanın diqqətini yayındırmamaq üçün hər 10 dəqiqədən bir kiçik fasilə etməsiniz. Bu fasilələr zamanı insanların dincini alması üçün məvafiq videoçarxlar qoymaq olar.
Məsələn, Stiv Cobs çıxışları zamanı “Boom!” sözündən istifadə etməyi xoşlayırdı. Bu zaman yorlumuş dinləyici bir anlıq şok yaşayır və diqqətini yenidən mövzuya cəmləşdirirdi.
8. Uyğun fasilələr
Çıxış zamanı fasilə etməkdən qorxmayın. Zamanında susmaq bəzən sözlərdən daya uyğun olur.
9. Auditoriyanın iştirakı
Söhbətə dinləyiciləri qatmaq çıxışı daha maraqlı və interaktiv edir. Auditoriyanı sual, kompliment, səhnəyə dəvət və mükfatlarla çıxışın bir hissəsi etmək olar.
10. Çıxış zamanı səhnədə hərəkət
Çıxış zamanı bir yerdə durmayın. Çalışın səhnə boyu hərəkət edin. Hərəkətlər gərək rahat və aram olmalıdır. Bir çox məhşur insan çıxışlarını məhz bu cür edir.