Bu mövzu ilə bağlı minlərlə kitab yazılıb, lakin insanlar hələ də işə gecikir, layihələri vaxtında təhvil verə bilmir, eyni zamanda karyeraya və şəxsi həyata necə vaxt ayırmağın mümkün olduğunu anlamırlar.
Buna baxmayaraq, müəyyən qaydalar var ki, onlara riayət etdikdə şəxsi həyata ziyan vurmadan işdə yaxşı nəticə əldə etmək olar. Əsas odur ki, müəyyən edilmiş xəttdən yayınmayasan.
Siyahılar yox, hərəkət alqoritmi
Adətən biznes-məşqçilər gün, həftə və hətta il ərzində görüləcək işlərin siyahısının tutulmasını məsləhət görür. Lakin tez-tez bu işə yaramır.
Çünki siyahılar işləri, xüsusən də maraqsız olanları, sonraya saxlamağa təşviq edir. Günün başlanğıcında hərəkət alqoritmini qurmaq daha məqsədəuyğundur.
Təsəvvür edin ki, səhər işə gəlirsiniz, səmərəli şəkildə fəaliyyət göstərirsiniz, iş yoldaşları ilə görüş keçirirsiniz, sonra isə sizin əlavə zamanınız qalır.
İlham gözləmədən işləmək
Bir çox yaradacı insan ilham gözləyərək işlərini sonraya saxlayır. Lakin zaman gedir, ilham pərisindən isə xəbər yoxdur.
Buna görə də, ilhama çox güvənməyin. Çünki elə bir vəziyyət yarana bilər ki, onu gözləməkdəolarkən işinizi itirə bilərsiniz.
İnternet qadağası
İnternetin bir mənfi yan fəsadı var – o, işləri sonraya saxlamağa vadar edir. Sosial şəbəkələr, xəbərlər, Skype, insanı işindən yayındırır və onda işin səmərələliyinə zərbə vuran fikirlər yaradır.
Buna görə də, iş bitənədək İnterneti yaddan çıxarmaq lazımdır.
Çünki dostunun yazdığı lətifə vəya ən son “şok” xəbər işindən vacib deyil. İnternet, yalnız iş üçün istifadə edildikdə, xeyir verir.
Aclıq hissindən yararlanın
Bu fənd diqqəti iş məsələlərinə cəmləşdirməkdə kömək olur. Səhərdən işləməyə başla. Çünki bu zaman ofisdə az adam olur və nisbətən sakit bir mühitdə oturursan. Bir neçə saatdan sonra produktiv rejimə keçəcəksiniz və bu zaman nahar vaxtı yaxınlaşacaq. Nahar etməzdən öncə istədiyiniz iş həcmini görməyə çalışın. Aclıq hissi sizi sürətləndirəcək və səmərəli işləməyinizə təkan verəcək.
Günün ikinci yarısı iş qabiliyyəti aşağı düşür. Buna görə də bu zamanı iş tərəfdaşları ilə danışıqlara və ya həmkarlarınızla işlə bağlı suallara həsr edin.
Mənasız söhbətlərdən uzaq olun
Həmkarlarla qısa söhbətlər başınızı iş rutinindən ayırmağa imkan verir. Onlar nisbətən zəruridir. Çünki bu zaman bir az istirahət etmiş olursunuz.
Şəxsi dedlayn müəyyənləşdir
Demək olar ki, hər bir idarədə qoyulan vaxta uyuşmayan işçilər var. Layihənin təhvil verilməsi zamanı yaxınlaşdıqca onlar daha aktiv və tədirgin olurlar. Nəticədə onlar heç nəyə çatdırmır və əlavə vaxt verilməsini xahiş edirlər.
Bunu aradan qaldırmaq üçün gərək, əsas dedlayndan bir gün öncə bitə şəxsi dedlayn müəyyənləşdirəsiniz.
Sözsüz ki, bu müddəti qısaldacaq və intiam tələb edəcək, lakin nəticə əla olacaq, çünki hər şeyi vaxtı-vaxtında hazır edəcəksiniz.
Həmkarlarınızın bacarıqlarını diqqətdə saxlayın
Sizhər şeyi vaxtında etdiyiniz halda, layihə üzərində birgə çalışdığınız iş yoldaşınız çatdırmır və nəticədə siz layihəni hazır edə bilmirsiniz. Belə vəziyyətlərdən heç kim sığortalanmayıb.
Amma çıxış yolu var – həmkarlarının nə qədər yavaş olduqlarını nəzərə al. Onlarla daha erkən dedlayn barədə razılaşın. Bu halda siz layihəni vaxtında hazırlaya bilərsiniz.
Əgər hər hansı bir vəziyyətdə bu sxem işləmədisə özünüzü günahlandırmayın. Siz ləng insanlara cavabdeh ola bilməzsiniz.