Bu vəziyyət yəqin ki, hamıya tanışdır: heç nə olmamış kimi öz işinizlə məşğul olursunuz və birdən beyninizdə uzaq keçmişdə baş verən xoş və ya xoşagəlməz bir hiss keçir.
Bu hiss sizi bir müddət buraxmır.
Gent.az xəbər verir ki, Avstryanın Dikin Universitetinin klinik psixoloqu David Con Hollfordun sözlərinə görə, bu hisslər beyində qismən “üst-üstə düşən”, eyni məlumat parçalarını öz aralarında paylaşan neyron şəbəkələri vasitəsilə yaranır.
1. Xatirələr ağlımıza necə gəlir? Keçmişi xatırlamağın iki yolu var. Birinci qəsdən və məqsədli şəkildə keçmişi xatırlamaqdır. Ötən yaxın günlərdə nə etdiyimizi xatırlamaq üçün şüurlu şəkildə beynimizi qarşıdırırıq. İkinci isə heç gözləmədiyiniz zaman xatirələr kortəbii olaraq şüurda canlanır.
Mütəxəssislər hesab edirlər ki, bu fenomen qismən də olsa, xatirələrin bir-biri ilə əlaqəsi ilə bağlıdır.
2. Nə üçün pis xatirələr mənfi emosiyalar oyadır? Məsələ burasındadır ki, təkamül və təbii seçmə bizi xoşagəlməz hallardan, təhlükəli vəziyyətlərdən və özümüz haqqında mənfi təsəvvürlərdən qaçmağa sövq edir.
3. Nə üçün bəzi insanlar daha tez-tez keçmişdən əziyyət çəkirlər? Depressiya kimi bəzi psixi pozğunluqlarda insanlar tez-tez mənfi emosiyalarla əlaqəli bir şeyi xatırlayırlar. Üstəlik, onların eyni zamanda yaşadıqları hisslər ,davranışlarına görə utanmaq, özündən narazılıq, tam uğursuzluq hissi o qədər güclüdür ki, təkzibedilməz faktlara çevrilir.
Psixi pozğunluqlarda çox fikirkləşməyə meyl var - keçmiş mənfi təcrübələr üzərində dayanmaq, kimin nə dediyini, kimin necə davrandığını, o zaman və indi bu barədə necə hiss etdiyinizi və s çox götür-qoy edirlər.
4. Keçmiş səhvlərdən əziyyət çəkməyi dayandırmaq olarmı? Yaxşı xəbər budur ki, xatirələri dəyişmək mümkündür. Nəyisə xatırladığımız zaman yaddaşda üzə çıxanlar üzərində işləyə və keçmişdə baş verənlərlə bağlı düşüncələrimizi, hisslərimizi və qiymətləndirmələrimizi dəyişə bilərik.(medicina.az)