Dubayda Ramazan gündüzlər daha sakit temp, gün batdıqdan sonra isə canlanma deməkdir: görüşlər uzanır, söhbətlər daha təmkinli olur, axşam yeməyi isə tələsmək istəmədiyin bir mərasimə çevrilir. 2026-cı ildə BƏƏ-də Ramazanın təxminən 19 fevralda başlaması gözlənilir (dəqiq tarix ayın görünməsindən asılıdır). Bu dövrdə ən çox dəyər verilən isə sadə və rahat ssenaridir: bir-iki günlüyə gəlmək, iftarı tələsmədən keçirmək və səhəri dincəlməyə ayırmaq. Ölkədaxili mini-tətil planlaşdıranlar üçün JA BƏƏ rezidentlərinə xüsusi stay variantları və Dubayda “daha uzun — daha sakit” formatı təklif edir ki, Ramazan vaxtı xüsusilə uyğundur.
JA Lake View Hotel
Axşamı iki fərqli ovqat üzərində qurmaq olar.
Kinara ailəvi paylaşım formatında iftar təqdim edir — birgə şam yeməyi üçün set-menü (adam başına 300 AED), welcome drinks və çərəz süfrəsi ilə. Adətən 18:30–22:30 arası, təxminən fevralın ortasından martın ortasınadək (ay təqviminə görə) servis olunur.
81 isə daha geniş seçimlər təqdim edir: ərəb vurğulu iftar-bufet, canlı stansiyalar, alkoqolsuz içkilər daxildir (249 AED böyüklər, 125 AED 4–11 yaşlı uşaqlar üçün), 18:30–20:30. Zalda ud musiqisi səslənir, ərəb qəhvəsi təqdim olunur.
JA Hatta Fort Hotel
Şəhər mənzərəsindən dağlara keçmək istəyənlər üçün otel sadə, ənənəvi dadlara fokuslanır.
Hikaya və Jeema restoranlarında həftəiçi (bazar–cümə axşamı) paylaşım formatlı set-iftar təqdim olunur (qiymət doluluqdan asılıdır, təxminən 120 AED). Həftəsonları və 20+ nəfərlik qruplar üçün genişləndirilmiş ərəb iftar-bufeti (təxminən 145 AED) — Ramazana xas klassik yeməklər və umm ali, künəfə kimi desertlərlə. Servis adətən gün batımında başlayır və axşama qədər davam edir (həftəsonları çox vaxt 22:30-a qədər).
Sübh yeməyi (suhur) üçün otaqda servis (təxminən 95 AED, 00:00–04:00) və ya BB paket çərçivəsində seçim var; həmçinin Hikaya-da 00:00–01:00 arası suhur mövcuddur.
JA Ocean View Hotel
Ramazan axşamı burada “sahil” ab-havasında keçir.
AQUA restoranında hər gün iftar-bufet (18:00–22:00) — live cooking və carving stansiyaları, xurma, təzə şirələr, ərəb qəhvəsi, tematik dekor və ud musiqisi; 199 AED böyüklər, 95 AED uşaqlar üçün.
OIA restoranında isə minimum 25 000 AED hesabla özəl qrup iftarı (à la carte) təşkil etmək mümkündür.
JA Manafaru
Ramazanı şəhərdən kənarda, sakitlikdə keçirmək istəyənlər üçün ideal seçimdir. Oruc tutan qonaqlar üçün əlavə ödənişsiz villada servis (sorğu ilə iftar-spesial), villada xurma, quru meyvə və çərəzlər təqdim olunur; təqdimat və atmosferdə ramazan detalları — fənərlər və s. yer alır. Ayrıca ödənişli iftar menyusu da mövcuddur. Uzunmüddətli qalmaq istəyənlər üçün long stay təklifi var.


