Ədəbsiz təsvirlərinə görə 150 il muzeydə gizlədilən Qədim Misir papirusu

Qədim dünyanın siyasi karikaturları günümüzdəki təsvirlərdən yalnız senzuranın olmaması ilə fərqlənirlər

Şopinq1 dəq oxu
Ədəbsiz təsvirlərinə görə 150 il muzeydə gizlədilən Qədim Misir papirusu

Qədim dünyanın siyasi karikaturları günümüzdəki təsvirlərdən yalnız senzuranın olmaması ilə fərqlənirlər

1820-ci ildə Qədim Misir nekropolunun yerləşdiyi Deyr-əl-Mədinədə tapılan papirus böyük qalmaqala səbəb olur və buna görə də İtaliyanın Torino muzeyi onu 150 il ərzində gizlətməli olur. Şərqşünas Jan-Fransua Şampolyon onun haqqında belə demişdi:

“Bu qədim misirlilərin fantaziyası və əxlaqı barəsində məndə silinməz təəsürat yaradan dəhşətli bir ədəbsizlikdir”

Bu papirus eramızdan əvvəl 1150-ci ildə III-cü Ramzesin dövründə hazırlanıb. 27 təsvir iki (sağ və sol) yerə bölmək olar. Onun sağ tərəfi tapılan ili ictimaiyyətə təqdim edildiyi halda, sol tərəfi 1970-ci ilədək insanlardan gizli saxlanılmışdı.

Sağ tərəf daha çox animalistikdir – meymunlar, aslanlar, ceyranlar orada musiqi alətlərindən ifa edir, əncir yeyir və masaüstü oyunlar oynayır.

Ədəbsiz təsvirlərinə görə 150 il muzeydə gizlədilən Qədim Misir papirusu — şəkil 1

Sol tərəf isə qalmaqallıdır. Orada sekslə məşğul olan cütlüyün 12 şəkli təsvir olunub.

Ədəbsiz təsvirlərinə görə 150 il muzeydə gizlədilən Qədim Misir papirusu — şəkil 2Qeyd etmək lazımdır ki, bu papirus Kamasutradan daha qədimdir. Və ona görə də dünyanın ən qədim erotik sənədi adını daşımağa layiqdir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan