Gent.az xəbər verir ki, qastroenteroloq həkim Liliya Kozlovskaya bu problemin hətta kolorektal xərçəngdən ola biləciyini deyib.
“Adətən bağırsaqların normal işləməməsinin səbəbi rasion və həzm orqanlarından asılıdır. Mədə-bağırsaq xəstəlikləri, disbakterioz, qıcıqlanmış bağırsaq sindromu zamanı nəcis stabil olmur. Amma davamlı olaraq belə hal varsa, mütəxəssis tərəfindən yoxlanmalıdır.
Bu simptomlar bu 3 ciddi xəstəlikdən ola bilər:
Qalın bağırsağın xərçəngi – xəstədə uzun müddət qəbizlik və ishal tutmaları olur. Bu zaman tualetə gedəndə selik, axıntı, qan görülə bilir. Xəstəyə elə gəlir ki, bağırsaq tam boşalmır.
Çeliakiy – qlüten xəstəliyi, autoimmun xəstəlikdir, bu zaman buğda, taxıl mənimsənilmir. Bu xəstəlik uşaqlıqdan yaranır. Klassik simptomu ishaldır. Buğda tərkibli qidalar yeyən kimi qarında pozulma, ağrı olur.
Parkinson xəstəliyi – Helsinki universitetinin alimləri bu nevroloji xəstəliyin bağırsaq simptomlarını sübut ediblər. Xüsusən yaşlı insanlarda bərk, ağır qəbizliyi sonradan diareya əvəz edir.
Parkinson üçün başlanğıc yaş 60 yaşdan yuxarıdır. Daha çox qadınlarda rast gəlinir.(medicina.az)