"Arsenal" 120 milyon avroya futbolçu alır
İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Topçular" yayda "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı sıralarına qatacaq.
Gent.az xəbər verir ki, "topçular" 24 yaşlı ingiltərəli futbolçu üçün 120 milyon avrosundan keçəcək.
Qeyd edək ki, Deklan Raysın "çəkicdöyənlər"lə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununadək qüvvədədir.






