Söhbət hər səhər “DOOM”da 50 bədheybət doğramaqdan getmir. Əksinə.
Bir çoxumuz eşitmişik ki, kompüter oyunları asılılıq və aqresiya yaradır, əsəbi natarazlığa yol açır və dünyanın bütün terrorçuları “GTA V”də məşq edir.
Amma ABŞ həkimləri belə düşünmür.
Bu həftə dünya tarixində ilk dəfə ABŞ-ın Qida Məhsullarının və Dərman Preparatlarının Keyiffətinə Nəzarətin İdarə edilməsi Agentliyi (FDA) terapiya vasitəsi kimi kompüter oyunundan istifadə edilməsini tövsiyyə edib. Özüdə bu oyun məhz uşaqlar üçün məsləhət görülür.
Söhbət DHDS (Diqqət və hiperaktvilik defisiti sindromu, MKB-11: 605) xəstəliyindən və “EndeavorRX” oyunundan gedir.
Təqdim edilən çarxda göründüyü kimi bu adi üç istiqamətdə olan “Temple Run” oyununun bir növüdür. Lakin bu sindromdan əziyyət çəkən 600 uşaq üzərində aparılan tədqiqatlar onu göstərib ki, gündəlik olaraq 25-dəqiqə ərzində bu oyunu oynamaq onların diqqətini ciddi şəkildə yüksəldir. Qeyd etmək lazımdır ki, “oyun müalicəsi” bitəndən bir ay sonra da bu effekt özünü biruzə verirdi.
Sözsüz ki, əgər uşağınızda DHDS sindromu olduğundan şübhələnirsizsə, onun üzərində belə bir eksperiment aparmaq məsləhətli deyil. Müalicəni həkimdən yaxşı heç kimə bilə bilməz.