Amerikanın sağlamlıq assosiyasiyasının verdiyi məlumata əsasən, ölümlə nəticələnən ürəktutmaların və özünüöldürmə cəhdlərinin dörddə biri tətildən sonra başlayan ilk iş günlərinə təsadüf edir.
Uzunmüddətli istirahətdən sonra iş rejiminə keçid stress vəziyyəti yaradır. Psixiatriyada buna “tətilsonrası sindromu” adı verilib.
Sizə bu vəziyyəti dəf etməyin yollarını təqdim edirik.
1.Hazırlıq
İnsan artıq tətilin son günlərində stress vəziyyətinə düşür. Çünki o, qısa müddətən sonra iş rutininə qərq olacağını anlayır. Mütəxəssislər bunun qarşısını azca da olsa almaq üçün evdə yığılan işləri görməyi məsləhət görür. İş günləri başladıqda edəcəyin ev işlərinin olmaması insanın əhvalına müsbət təsir göstərir.
2. Gəliş
Təyyarənin trapından düşüb işə qaçma. İstirahətinin bitməsinə bir neçə gün qalmış yaşadığın yerə qayıt. Əsas odur ki, işdən bu barədə heç kimin xəbəri olmasın.
3. Yerində baxış
Qeyd edilən qısa müddət ərzində işə getməməyinə baxmayaraq, aktiv həyat tərzi keçir. Adətən işə getdiyin vaxta uyğun olaraq ayağa qalx. İş və ətrafa baş verənlərlə bağlı məlumat toplamağa çalış.
4. Tətilin davamı
İstirahət vəziyyətin rahat çıxmaq lazımdır. Buna görə də işin ilk həftəsini tətilə bənzətmək lazımdır. Kinoya get, dostlarla şəhərdən kənara çıx, şam yeməyini restoranda ye. Bir sözlə orqanizmini hələ də istirahət etdiyinə inandır.
5. Dezinformasiya
Tətil barədə təəsüratlarını bölüşməyi unutma. “Necə istirahət etdin?” sualına “İnanılmaz” yox, “Bilirsən bundan yaxşı da istirahətlərim olub” cavabını ver. Bu təqdirdə iş yoldaşların sənə o qədər də paxıllıqla yanaşmayacaqlar.